Bir, iki, üç (film, 1961)
"Bir, iki, üç" (ing. One, two, three) — rejissor Billi Uaylderin filmi.
== Məzmun ==
Mak Namara "Koka-Kola" şirkətinin yüksək vəzifəli əməkdaşıdır. Şirkətin Qərbi Berlindəki nümayəndəliyinin sədridir. O, bu şirkətin bütün Avropadakı filiallarının rəhbərliyini öz əlinə almaq və Londona köçmək arzusundadır. Mak Namaranın müdiri ondan Berlinə gəlmiş 17 yaşlı qızı Skarletin qayğısına qalmağı xahiş edir. Bu səfəri zamanı, Skarlet heç kimə demədən Şərqi Berlin kommunisti Ottoya ərə gedir. İndi Mak Namara onların nikahını pozmaq üçün əlindən gələni etməlidir. Lakin ortaya Skarletin hamilə olması məsələsi çıxır. Ona görə də indi artıq Mak Namaranın qarşısında Ottonu Şərqi Almaniya həbsxanasından çıxarmaq və ondan kapitalist fikirli adam yaratmaq vəzifəsi durur.